Dünya

İŞİD Palmiradan qovuldu

Metbuat.az

Suriyada prezident Bəşər Əsədə sadiq qoşunlar Palmira vilayətindəki Jezel bölgəsində yerləşən neft yataqlarını nəzarətə götürüblər.



Milli.Az Al Arabia-ya istinadən bildirir ki, amansız döyüşlərdən sonra İŞİD bu bölgədən qovulub.
 
Terrorçular geri çəkilərkən neft buruqlarından birinə od vurublar.
 
Ötən həftə Suriya ordusu Homs vilayətində 3 qaz buruğunu İŞİD-in nəzarətindən çıxarmışdı.
 
Milli.Az