Dünya

İŞİD öz adamının başını kəsdi

Metbuat.az

Qəddar edamları ilə dünyanın gündəmindən düşməyən İŞİD bu dəfə öz adamını öldürüb. ANS PRESS-in məlumatına görə, terror təşkilatı öz hakimi edam edib.



İŞİD-ın şəriət komissiyasından məsul olan tunisli Abu Cəfər əl-Hattab sən demə öz səhahiyyətlərindən sui istifadə edib. O, təkfir (inanmış birini kafir elan etmə) səlahiyyətindən gərəkdiyindən daha çox istifadə etdiyi üçün öldürülüb.



"Al-Monitor" xəbər portalının məlumatına görə, Hattab ilə eyni günaha sahib olan çox sayda başqa "vəzifəlilər"də saxlanılıb. Lakin hələlik onların aqibəti bilinmir.



Xatırladaq ki, İŞİD terrorçuları baş kəsmə, diri-diri yandırma, güllələmə, insanları hündürlükdən tullama kimi edam üsullarına əl atırlar. Terrorçular bu edamı onlarla insanın gözü qarşısında həyata keçirirlər.



Mənbə
ANS PRESS