Dünya

İŞİD "normal həyat görüntüləri" yaydı - FOTO

Metbuat.az
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının nəzarətində olan Mosul şəhərində yaşamın guya normal olması ilə bağlı fotolar yayılıb.
Fotoları internetdə İŞİD-in "Al Hayat Media Center" təbliğat qrupu paylaşıb.
 
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İraqın ikinci böyük şəhəri Mosulu terrorçulardan azad etmək üçün genişmiqyaslı əməliyyat hazırlanır.
Əməliyyatda ABŞ-ın 2 min hərbçisi, İraq ordusu, şiə könüllülər, kürdlər və yezidlər iştirak edəcəklər.
 
Mosula hücumun aprel-may aylarında başlanacağı vurğulanır.

Milli.Az