Dünya
ANS PRESS
İŞİD-in baş kolleksiyası var?
İŞİD terror qruplaşması haqqında daha bir iddia yayılıb.
ANS PRESS-in məlumatına görə, saxladıqları xarici ölkə vətəndaşları olan girovların başını kəsməklə dünyaya səs salan İŞİD yaraqlılarının öz üzvlərinin də başlarını kəsdiyi bildirilir.
Bu barədə Kobanidə döyüşlərdə yaxından iştirak etmiş peşmərgə həkimlərindən biri – İzəddin Temo danışıb. O, Kobanidə keçirdiyi 122 gün ərzində başına gələn hadisələri və şahidi olduğu məqamları dilə gətirib.
İŞİD yaraqlılarının torpaqlarına ayaq basmağını heç cür həzm edə bilmədiyini deyən həkim, İŞİD-çilərin ölən yoldaşlarının başını kəsərək özləri ilə apardığını bildirib. Lakin o, bunun nə məna verdiyi, nəyə görə belə etdiklərini heç cür anlamadığını etiraf edib.
MənbəANS PRESS