Dünya
Anspress
Milli.Az
İŞİD-ə qoşulan qızların yeri tapıldı
"SKY" telekanalının müxbiri qızların Rəqqada olduqlarını iddia edir
Terror təşkilatı İŞİD-ə qoşulmaq üçün İngiltərədən Suriyaya getdikləri iddia olunan 3 gənc qızın Rəqqa şəhərində olduqları bildirilib.
Anspress
-in məlumatına görə, bu barədə “SKY” telekanalının Türkiyə - Suriya sərhəddində olan müxbiri
Stuart Ramseyxəbər yayıb.
Ramsey 3 qızın internetlə əlaqə yaratdıqları, daha əvvəl bölgəyə gəlmiş ingilis qızla birlikdə Rəqqada bir evdə olduqlarını deyib.
“Sağlam mənbələrdən əldə etdiyim məlumata görə, qızlar Rəqqadadır. Təhlükəsiz şəraitdə və başqa bir ingilis qızın yanında qalırlar.
Ötən həftə mətbuatda 3 qızın İstanbul Bayrampaşa avtovağzalında təhlükəsizlik kameralarına düşən görüntülərini yaymışdı.
Fevralın 17-də Londondan İstanbula gələn qızların Türkiyədən Suriyaya keçərək İŞİD-ə qoşulduqları iddia olunmuşdu.
Milli.Az