Dünya

İŞİD-ə görə qara siyahıya düşdü

Metbuat.az

Avropa İttifaqı (Aİ) yeni hesabatında İŞİD-in Dəməşq rejimi ilə əlaqəli olduğunu açıqlayıb.



ANS PRESS-in məlumatına görə, Aİ yeni hesabatında İŞİD-in nəzarətindəki bölgələrdən çıxarılan neftin Dəməşq rejiminə satmaqda günahlandırılan suriyalı biznesmen Corc Hasvanini qara siyahıya saldığını bəyan edib.



Rəsmi Dəməşq Aİ-nin bu iddialarını rədd edib. Hesabatda bildirilir ki, Hasvanin sahibi olduğu və Suriyada fəaliyyət göstərən “HESCO” şirkəti Dəməşqlə İŞİD arasında aparılan neft razılıqlarında vasitəçi kimi iştirak edir.



Bu səbəblə də Aİ-nin qara siyahısına salınan biznesmenin Avropadakı bütün əmlakı dondurulub.



Qeyd edək ki, Hasvani isə İŞİD-dən alınan neftin Suriyaya yox, Türkiyəyə satıldığını iddia edib.

Mənbə
ANS PRESS