Dünya

İŞİD-dən dəhşətli Novruz tonqalı

Metbuat.az

İŞİD terror qruplaşması peşmərgə əsgərlərini yandıracağını bildirib.



ANS PRESS-in məlumatına görə, terrorçular əsgərləri martın 21-də - Novruz bayramı günü iordaniyalı pilot kimi qəfəsdə yandıracaqlarını bəyan ediblər. Kərkük cəbhəsinin məsul şəxsi Aso Mamend peşmərgə əsgərləri qarşılığında bəzi şəxsləri azad edə biləcəklərini qeyd edib.



"İŞİD-ə təklif etdik ki, əsir düşmüş peşmərgə əsgərləri qarşılığında azad etməyimizi istədikləri şəxslərin adlarını versinlər. Hələlik heç bir cavab verməyiblər", - deyə Aso Mamend bildirib.



O, əsgərlərin azad edilməsi üçün cəhdlərini davam etdirəcəklərini də deyib.



Qeyd edək ki, Peşmərgə hərbçilərinin əlində çox sayda İŞİD-çi var. Onların bəzilərini öz istəkləri ilə təslim olanlar təşkil edir.

Mənbə
ANS PRESS