Dünya

İŞİD-dən daha bir vəhşilik - FOTO

Metbuat.az
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ələ keçirdiyi ərazilərdə vəhşiliklərini davam etdirir.
Terrorçular İraqın Nineviya şəhərində xristian kilsələrini məhv edirlər.
 
Milli.Az bildirir ki, bir zamanlar qədim Assuriya imperiyasının paytaxtı olmuş bu şəhərdəki kilsələri dağıdan, xaçları qoparıb aşağı salan, xristianlara divan tutan İŞİD terrorçuları "son kilsə qalanadək mübarizə" şüarını açıqlayıblar.
 
İŞİD qədim Nəmrud şəhərinə və 2 min il yaşı olan Hətra şəhər-qalasına da hücum edərək misilsiz tarixi abidələri darmadağın edib.
 
Vatikanın BMT-dəki nümayəndələyinin rəhbəri Silvano Tomazinin dediyinə görə, İŞİD ələ keçirdiyi ərazilərdə xristianlığa qarşı yürüş edir və terrorçuların bu vəhşiliklərinin qarşısı mütləq alınmalıdır.
 
Milli.Az