Dünya

İŞİD-çilər meyitləri şəhərin girişində asdılar

Metbuat.az

İŞİD silahlıları öldürdüyü insanların meyitlərini nəzarətdə saxladıqları İraqın  Kərkük əyalətinin Havica şəhərinin girişində dirəklərdən asıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçuların bu əməli qorxutma məqsədi daşıyır.  

“Şəhərin girişində dirəklərdən səkkiz kişi meyiti asılıb. Onların bir neçəsində hərbi geyim var. Onların İraq hərbçiləri olub-olmadığı məlum deyil.  

Qeyd edək ki, bu silahlıların ilk qorxutma aksiyası deyil. Fevralda İŞİD silahlıları əsir götürdükləri iraqlı hərbçiləri dəmir qəfəslərə yerləşdirərək əhaliyə nümayiş etdirib.