Dünya

​İŞİD azı 30 dinc sakini edam edib

Metbuat.az

Bakı. 31 mart. REPORT.AZ/ Suriyanın Həma rayonunda İŞİD terrorçuları azı 30 dinc sakini edam edib.


"Report" "Agence France - Presse"ə istinadən xəbər verir ki, bu haqda Suriyanın İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.


"Yandırılaraq, başları kəsilərək, güllələnərək azı 30 dinc sakin qətlə yetirilib", - təşkilat bildirib.


Şuranın məlumatına görə, qətlə yetirilənlər arasında qadınlar və uşaqlar da var.