Digər

İş yerindən oğurluq edən şəxs axtarılır

Metbuat.az

Bakının Səbayel rayonunda yerləşən dərzi sexində oğurluq hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, 1985-ci il təvəllüdlü Natiq Vaqif oğlu Ağayev noyabrın 2-də Q. Abbasov küçəsində yerləşən 1972-ci il təvəllüdlü Mehman Əli oğlu Məmmədova məxsus dərzi sexində işə düzəlib. Həmin gün axşam saatlarında sexdən müştərilərə məxsus 5 ədəd gödəkcə oğurlanıb.

Faktla bağlı Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsində təhqiqat aparılır.

Şəhriyar ƏLİZADƏ