İdman

İrinadan Ronaldoya şok: "Çirkin, etibarsız..." (FOTO)

Metbuat.az

Kriştiano Ronaldodan ayrıldıqdan sonra adı bir neçə nəfərlə yanaşı çəkilən İrina Şayk maraqlı açıqlamalar verib. ANS PRESS-in məlumatına görə, rusiyalı model ideal kişinin necə olmalı olduğunu açıqlayıb.



İrina açıqlamasında Ronaldonun ideal kişi olmadığına işarə vurub. O, hətta özünü portuqaliyalı ulduzun yanında çirkin hiss etdiyini də etiraf edib:



"Kişilərin bizi bədbəхt edəcəyinə inanmıram. Çünki onlar uşaq deyil, kişidi. Əvvəllər ideal kişimi tapdığımı düşünürdüm, amma belə deyilmiş. Mənim üçün ideal kişi etibarlı, dürüst, centlmen və qadınlara qarşı necə davranmalı olduğunu bilən biri olmalıdı. Əgər yalnış adamın yanında yer almısınızsa, özünüzü çirkin hiss edirsiniz. Mən də özümü çirkin və etibarsız hiss edirdim. Dürüst və qadınlara sədaqətli kişiləri sevirəm".





























Mənbə
ANS PRESS