Dünya

İrəvanda kriminal avtoritet öldürülüb

Metbuat.az

[ 04 Mart 2015 15:41 ]



Bakı. Məlahət Nəcəfova - APA. Bu gün İrəvanın Nubaraşen rayonunda atışma olub.

APA-nın news.am-a istifadən verdiyi məlumata görə, ilkin məlumata əsasən bir neçə şəxs “Nubaraşen” cəzaçəkmə müəssisəsinin qarşısında avtomatdan atəş açıb. Biri hadisə yerində, ikisi xəstəxanada olmaqla 3 nəfər ölüb.


Ölənlərdən birinin “Levik” ləqəbli avtoritet olduğu məlum olub. İkinci şəxsin adı isə Derodur.