Digər

İrəvanda böyük parlament qırğını

Metbuat.az

Ermənistan parlamentində deputat sayı kəskin azala bilər və bu zaman deputat sayı hətta 1999-cu ilin 27 oktyabr tarixində Milli Şurada baş vermiş böyük qırğındakından da qat-qat çox azala bilər.



ANS PRESS-in məlumatına görə, 16 il qabaq terrorçu Nairi Hunanyan tərəfindən törədilmiş həmin qırğında Ermənistanın çox məşhur siyasi lideri Karen Demirçyan da daxil olmaqla 8 nəfər deputat həlak olmuşdu. Yəni dolayısı ilə deputat sayı 8 nəfər azalmışdı.



Bu dəfəki azalmada isə baş rol prezident Serj Sarkisyana düşür, yəni Sarkisyan bir növ terrorçu-jurnalist Nairi Hunanyanın rolunu boynuna götürür. Ermənistanın “Haykakan Jamanak" qəzetinin yazdığına görə, Serj Sarkisyanın həyata keçirmək istədiyi islahatlar nəticəsində deputat sayı indiki 131-dən 75-ə qədər düşəcək. "Haykakan Jamanak" məqaləsində Ermənistanın hakim Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryana istinad edir.



"İslahatları gözləyin, parlamentin deputat sayı 75-ə qədər düşə bilər. Əgər say dəyişirsə, fərq kəskin olmalıdır. Əks halda, hər şey əvvəlki kimi qalacaq", - deyə Baqdasaryan vurğulayıb.



Fraksiya başçısı istər-istəməz Serj Sarkisyanın parlament islahatlarına getmək adı altında siyasi rəqiblərini aradan qaldıraraq Ermənistanda hakimiyyəti tam ələ keçirmək niyyətini açıb. İslahatlar Sarkisyana həm də siyasi rəqibi oliqarx Qaqik Sarukyanın adamlarını parlamentdən tam silməyə imkan verəcək.





Mənbə
ANS PRESS