Dünya

İrəvanda 38 yaşlı kişi atasının gözü qarşısında özünü körpüdən atıb

Metbuat.az

[ 10 Mart 2015 11:12 ]


Bakı – APA. İrəvanda 38 yaşlı kişi atasının gözü qarşısında intihar edib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə martın 9-da baş verib.

O, özünü körpüdən ataraq intihar edib. Atası oğlunun həyatını xilas etməyə çalışsa da, buna nail ola bilməyib.