Digər

İrəvana sanksiya tələbi

Metbuat.az

"Avropa Şurasının üzvü olan bir ölkənin ərazisini işğal edən digər üzv ölkənin bu təşkilatda və onun monitorinq komitəsində mövcudluğu qanunauyğun deyil."



ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.



O AŞPA monitorinq komitəsinin iclasındakı çıxışında bildirib ki, Avropa Şurası, təşkilatın monitorinq və digər komitələri münaqişələrlə bağlı məsələnin ümumiyyətlə gündəmdən çıxarılmasını istəyirlərsə, əvvəlcə Azərbaycan torpaqlarını işğal etmiş erməni silahlı birləşmələrinin ölkəmizin ərazisini tərk etməsi istiqamətində ciddi addım atmalıdır. Eyni zamanda Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalıdır. Bunlara əməl olunmadığı təqdirdə Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.



Xatırladaq ki, martın 17-də Avropa Şurasının Parisdəki ofisində AŞPA monitorinq komitəsinin iclası keçirilib. Müzakirələr zamanı dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mənbə
ANS PRESS