Dünya

​İraqda 70 İŞİD terrorçusu məhv edilib

Metbuat.az

Bakı. 23 mart. REPORT.AZ/ İraqın Səlahəddin əyalətində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə endirilən havadan zərbələr nəticəsində 70-dən çox silahlı məhv edilib.


"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İraqın

Müdafiə Nazirliyi

ndən verilən məlumata görə, bombardıman zamanı terror qruplaşmasının 10 nəqliyyat vasitəsi zərərsizləşdirilib.


İyunun 10-da Mosulun İŞİD tərəfindən ələ keçirilməsindən sonra onun bir sıra rayonlarında toqquşmalar davam etməkdədir.


İraq qüvvələrinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyası dəstək verir.