Dünya

İraqa hərbi təyyarələrin satışı təsdiq olundu

Metbuat.az

Praqa, 10 mart,

AZƏRTAC

Çexiya hökuməti İraqa “L-159” hərbi təyyarələrin satışını təsdiq edib.


Çexiya tərəfi 15 təyyarədən ötrü 750 milyon kron alacaq. Təyyarələri “Aero Vodochody” firması satacaq. Bununla yanaşı, firma təyyarələri silah və döyüş sursatı ilə təchiz edəcək, habelə pilotların və yerüstü personalın hazırlığını keçirəcək.


Çexiya lazımsız təyyarələri bir neçə ildir ki, İraqa satmaq istəyir. Digər ilkin razılaşmaya görə, digər 14 təyyarəni Amerikanın “Draken International” şirkəti alacaq.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa