Dünya

İraq ordusu İŞİD qruplaşmasının nəzarətində olan Tikrit şəhərinə girib

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

İraq silahlı qüvvələrinin komandanlığı ordunun Səddam Hüseynin doğma şəhəri olan Tikritə girdiyini və onun tədricən İŞİD qruplaşmasından geri alındığını iddia edir. Şəhərdə hər məhəllə uğrunda döyüşlər getdiyi bildirilir.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, ordu qüvvələri şiə silahlılarının köməyi ilə Tikritə hücumlarını genişləndirib. Hərbçilərin şəhərin mərkəzinə doğru irəliləyişinin qarşısı hələ ki, binaların damlarında mövqe tutan snayperlər vasitəsi ilə alınır. Tikrit İŞİD qruplaşmasının İraqdakı vacib dayaq məntəqələrindən biri sayılır.


Eyni zamanda Associated Press agentliyi İraq ordusunun və şiə silahlılarının Tikritin 8 kilometrliyində yerləşən ətraf rayonlarından birinə daxil olmasını əks etdirən videokadrlar yayımlayıb.