Dünya
Associated Press
İraq ordusu İŞİD-ə qan uddurur
İraqda İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar ötən gün də davam edib.
ANS PRESS-in məlumatına görə, İraq ordusu Tikrit şəhəri ətrafında silahlıların mövqelərini raket atəşinə tutub.
Əməliyyatlara, eyni zamanda, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi hava qüvvələri də dəstək verib.
Qırıcı təyyarələr İŞİD silahlılarının bazalarını bombalayıblar.
Koalisiya qırıcıları qruplaşmaya qarşı 17 müxtəlif yerdən aviazərbələr endirib.
MənbəAssociated Press