Dünya

İraq ordusu 40 İŞİD-çini məhv etdi

Metbuat.az

İraq ordusu Tikrit şəhərinin mərkəzində apardığı əməliyyatlardan sonra Əyalət Şurasının binasını tutub. Binaya dövlət bayrağı sancılıb.



ANS PRESS-in məlumatına görə, son əməliyyat nəticəsində İŞİD-in 40 əcnəbi döyüşçüsü məhv edilib ki, onların da hamısı digər ərəb ölkələrinin vətəndaşlarıdır.



Bu əməliyyat İraq ordusu üçün də itkisiz ötüşməyib. Tikritdə İŞİD-in əsas mövqelərindən olan xəstəxana yaxınlığında dörd partlayıcı qurğunun işə düşməsi nəticəsində 9 hərbçi həlak olub, 3-ü yaralanıb. Ordu qüvvələri xəstəxana binasını tutub.



Hazırda Tikritin mərkəzində hərbi əməliyyatların davam etdiyi bildirilir.

Mənbə
Associated Press