Ölkə
İranın əmək və sosial təminat naziri Azərbaycana səfər edəcək
Bakı. 30 mart. REPORT.AZ/ İranın kooperativlər, əmək və sosial təminat naziri Əli Rabei Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, səfər aprelin 15-17-də Azərbaycan respublikası baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovun dəvəti ilə baş tutacaq.
Səfər zamanı Ə.Rabei Ə.Həsənovla görüşəcək, eləcə də Azərbaycanın əmək və sosial müdafiəsi naziri
Səlim Müslümovla danışıqlar aparacaq.
İranlı naziri özəl sektoru təmsil edən nümayəndə heyəti müşayiət edəcək.