Ölkə
İrandan gələn azərbaycanlının daxili orqanından 56 büküm narkotik vasitə çıxarılıb
Bakı, 4 mart,
AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Famil Abbasovun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 42 ədəd bükümdə ümumi çəkisi 99,918 qram olan narkotik vasitə - tiryək, 14 ədəd bükümdə isə ümumi çəkisi 16,07 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Fakt üzrə təhqiqat aparılır.