İdman

İran Ərdoğana niyə yalvardı?

Metbuat.az

“Şenol Günəşi futbol üzrə İran milli komandasına transfer etmək üçün bizə yalvarıblar".



ANS PRESS-in məlumatına görə, bu sözləri Mətbuat Elan Qurumunun sabiq baş direktoru, parlament seçkisində AKP-dən namizədliyə namizəd Mehmet Atalay deyib.



Atalay mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə maraqlı açıqlamalar verib.



“Başqa ölkələr bizə baş məşqçi göndərin deyə növbəyə dayanıblar. 2002-ci ildə dünya üçüncüsü olan Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəşə gələn təkliflər vardı. İranın, Şenol Günəşi milli komandasına transfer etmək üçün mənə də, o zamanın gənclər və idman naziri Mehmet Əli Şahinə də, baş nazir Rəcəb Tayyib Ərdoğana da yalvardıqlarını bilirəm”.


Mənbə
ANS PRESS