Ölkə

İran bu gəmini Xəzərə buraxır

Metbuat.az

İran ilk dəfə olaraq eskadra mina gəmisini Xəzər dənizinə buraxır.



ANS PRESS-in məlumatına görə, rəsmi Tehran sabah Bəndər-Ənzəli liman şəhərinindan özünün "Damavand" ilk eskadra mina gəmisini Xəzər dənizinə buraxacaq. Damavandın tikintisinə 2010-cu ildə başlanılıb.



Mərasimdə başda müdafiə naziri olmaqla İranın yüksək rütbəli hərbi qulluqçuları, briqada generalı Hüseyn Dəhqan, kontr-admiral Həbibulla Sayari və Ali Milli Təhlükəsizlik Şurasının katibi digər hərbçilər iştirak edəcək.



Eskadra mina gəmisi İranın Xəzər dənizində olan 4-cü donanmasının tərkibinə veriləcək.

Mənbə
ANS PRESS