Şou

İradə az qala yıxılacaqdı - video

Metbuat.az

Müğənni İradə İbrahimova “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, studiyaya daxil olarkən sənətçinin ayağı büdrəyib. Yıxılmamaq üçün aparıcı Mətanət Əliverdiyevadan tutan İ.İbrahimova ona göz dəydiyini deyib:

“Yıxılırdım. Mətanətin mənə gözü dəydi”.

Tez-tez Türkiyəyə gedib-gələn sənətçi “Adam heç ərini tək qoyar? Heç vaxt olmaz. Mənə də İradə deyərlər. Elə gedib-gəlirəm ki, kiminsə ruhu da incimir” deyə, əlavə edib.

Qeyd edək ki, Ceyhun İzər adlı iş adamı ilə ailə quran sənətçi Türkiyədə yaşayır.