Digər

İqtisadiyyat və Sənaye Nazirliyi Ağdaşda məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə Novruz bayramı sovqatı verib

Metbuat.az

[ 10 Mart 2015 15:48 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla bayramlaşıblar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu gün qurumun nümayəndələri Ağdaş rayonunda olub və rayonda məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Novruz bayramı münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər.