Digər

İqor Kərimova "Əməkdar mühəndis" fəxri adı verildi

Metbuat.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İ.L.Kərimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə İqor Leonidoviç Kərimova “Əməkdar mühəndis” fəxri adı verilsin".

Milli.Az