"iPhone 7" belə olacaq (FOTO)
"iPhone 7"nin yeni fotoları yayılıb.
ANS PRESS-in məlumatına görə, "Apple" şirkətinin yeni patentində "Samsung"un telefonlarında gördüyümüz oval ekranlara bənzər bir texnologiyadan bəhs edilir. Əgər bu doğrudursa kənarı oval ekrana sahib bir "iPhone 7" ilə qarşılaşa bilərik.
"Apple" şirkətinin sahib olduğu yeni patenti ağıllara "Samsung"un "Galaxy S6 Edge" və "Galaxy Note Edge"in gəlməsinə səbəb olur. Yeni mobil cihazın oval şəklində olan hissəsində bir neçə yeni dizayndan istifadə edilə bilər.
Elastik ekranın telefonun kənarında olacağı və bu əlavə ekranda səs düyməsinin yerləşdiriləcəyi güman edilir. Telefounun kənarındakı həmin ekranda əks olunacaq düymələr istifadə olunan proqramlardan asılı olaraq dəyişəcək. Məsələn, kameradan istifadə edərkən ekranın həmin hissəsində çəkmək düyməsi görsənəcək.
"Apple" həvəskarlarını həyəcanlandıran bu yeniliyin nə vaxtdan tətbiq olunacağı isə hələlik maraq mövzüsudur.
ANS PRESS