Digər

“iPhone-6”ya ölümcül test (VİDEO)

Metbuat.az

İstehsal olunduğu gündən bəri müxtəlif testlərlə sınağa çəkilən “iPhone-6” smartfonu növbəti dəhşətli sınağa məruz qalıb.



ANS PRESS-in məlumatına görə, naməlum şəxs “iPhone-6”ya tapançadan atəş açıb və bu anı videoya çəkərək internetdə paylaşıb.



Bir güllə ilə vurulan “iPhone-6” cihazı istifadəyə yararsız hala düşüb.



Qeyd edək ki, bundan əvvəl “iPhone” cihazları suya atılmaq, ortadan qatlanmaq, yerə çırpılmaq, laqunda ilə kəsilmək, burğu ilə deşilmək, baltalanmaq və s. bu kimi mənasız testlərə məruz qalaraq istifadəyə yararsız hala düşüb.




Mənbə
ANS PRESS