Mədəniyyət

İordaniya jurnalında “Azərbaycan - məftunedici gözəllik” adlı məqalə dərc edilib

Metbuat.az

Əmman, 16 mart,

AZƏRTAC

İordaniyada və regionda geniş oxucu kütləsinə malik “Business intelligence” jurnalında Azərbaycanın İordaniyadakı səfirliyinin əməkdaşı Vüqar Hacıyevin ərəb dilində “Azərbaycan-məftunedici gözəllik” adlı məqaləsi dərc edilib.


Məqalədə Azərbaycanın coğrafi mövqeyi, mədəni-tarixi irsi, iqtisadi potensialı, Azərbaycan-İordaniya dostluq əlaqələri, ölkəmizin regiondakı mövqeyi, qeyri-neft və turizm sahələrinin inkişafı haqqında geniş məlumat verilib.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman