Ölkə

İntihar cəhdinin qarşısı alınıb

Metbuat.az

Azərbaycan, Bakı, 23 mart /Trend/

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb edilib.

Aparılan psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az