Ölkə

İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə ikinci respublika elmi-praktik konfransı keçiriləcək

Metbuat.az

Bakı, 26 mart,

AZƏRTAC

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə informasiya təhlükəsizliyinin multidistiplinar problemləri üzrə ikinci respublika elmi-praktik konfransı keçiriləcək.


AMEA-dan

AZƏRTAC

-a bildirilib ki, konfransın işi informasiya təhlükəsizliyinin siyasi, hüquqi və hərbi problemləri, informasiya təhlükəsizliyinin sosial-psixoloji və kulturoloji problemləri, informasiya təhlükəsizliyinin sosial-iqtisadi problemləri,


informasiya təhlükəsizliyinin beynəlxalq əməkdaşlıq problemləri,


qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri, media və informasiya təhlükəsizliyi problemləri,


milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması problemləri və digər istiqamətlər üzrə aparılacaq.


Konfransa əvvəllər çap olunmamış və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair materiallar qəbul olunur. Məruzələr aprelin 10-dək

infosec@iit.ab.az

 elektron ünvanına təqdim edilməlidir. Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti əksini tapmalıdır.


Maraqlananlar əlavə məlumatları

http://www.science.gov.az/az/index.php?id=8373

 linkindən və (+994 12) 539-01-67; (+994 12) 510-42-53 əlaqə nömrələrindən əldə edə bilərlər.