Digər

İnəkdən qadına ölümcül zərbə (VİDEO)

Metbuat.az

Sosial şəbəkələrdə maraqlı bir görüntü yayılıb.



ANS PRESS-in məlumatına görə, bir fermada çəkildiyi güman edilən görüntülərdə inək qadını bir zərbə ilə yerə sərir.



İnəyin qəzəblənməsinə səbəb isə ona yaxınlaşan qadının lazımsız heyvan sevgisi olub. Belə ki, qadın yerdə uzanan inəyə yaxınlaşıb və onu sığallamağa çalışıb. Ancaq inəyin bu sevgiyə reaksiyası birmənalı olmayıb.



Qadının ona yaxınlaşmasından narahat olan inək təpik zərbəsi ilə qadını özündən uzaqlaşdırıb. Heyvanın bu reaksiyasından şoka düşən qadın dərhal həmin ərazidən uzaqlaşıb.



Bu hadisənin görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.



Mənbə
ANS PRESS