Dünya

İndoneziyanın şərqində 5,1 gücündə zəlzələ baş verib

Metbuat.az

Bakı. 19 mart. REPORT.AZ/ İndoneziyanın şərqindəki Qərbi Papua əyalətinin sahillərində bu gecə 5,1 bal gücündə zəlzələ baş verib.


"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Supiori adlı adadan 148 km cənub-qərbdə yerləşib.


Zəlzələnin ocağı isə Çendravasix körfəzində 18 km dərinlikdə yerləşib.


Dağıntılar və xəsarət barədə məlumat verilmir.