Dünya

Indoneziyada zəlzələ oldu

Metbuat.az

Martın 19-a keçən gecə İndoneziyanın Qərbi Papua əyalətinin şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Supiori adasından 148 km cənub-qərbdə, ocağı isə 18 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın Milli meteorologiya və geofizika İdarəsi sunami təhlükəsinin olmadığını bildirib.