Dünya

İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ İndoneziyanın Sulavesi adasında 5,9 bal gücündə zəlzələ baş verib.


"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Luvuk şəhərindən 71 km şimal-qərbdə 44 kilometr dərinlikdə yerləşib.


Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın Milli Meteorologiya və Geofizika İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.