Dünya

İndoneziya yenə silkələndi

Metbuat.az

İndoneziyanın qərb sahillərində zəlzələ qeydə alınıb.



ANS PRESS-in məlumatına görə, bu gün İndoneziyada yerli saatla 00:07-də maqnitudası 5,5 bal gücündə olan zəlzələ meydana gəlib.



Yeraltı təkanların episentri ölkənin qərbində uzanan Simelu adasının mərkəzi şəhəri olan Sinabanqda, ocağı isə 10 km dərinlikdə yerləşib.



Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.



İndoneziyanın milli meteorologiya və geofizika idarəsi sunami təhlükəsinin olmadığını bildirib.



Xatırladaq ki, 2004-cü il dekabrın 26-da İNdoneziyada meydana gələn 9,1 bal gücündə zəlzələdən sonra güclü sunami yaranmış və 230 min insan dünyasını dəyişmişdi.

Mənbə
ANS PRESS