Dünya

İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

Metbuat.az

Cakarta, 3 mart,

AZƏRTAC

ABŞ geoloji xidmətinin yaydığı məlumata görə, martın 3-də İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.


Yerli vaxtla saat 10:37 dəqiqədə qeydə alınmış təkanların episentri Sikabaluan yaşayış məntəqəsinin şimal-şərqindən 50 kilometr məsafədə, ocağı 37,6 kilometr dərinlikdə yerləşib.


Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta