Dünya

İndoneziya qəzaya uğrayan təyyarənin qurbanlarının axtarışını dayandırdı

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

İndoneziya qəzaya uğrayaraq Yavan dənizinə düşmüş AirAsia şirkətinə məxsus А320–200 təyyarəsinin qurbanlarının axtarışlarını yekunlaşdırıb.


AZƏRTAC

Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, axtarışlarda iştirak edən sonuncu gəmilər bu gün limana qayıdacaq. Milli axtarış və xilasetmə agentliyinin rəsmi nümayəndəsi əməliyyatların tam yekunlaşdığını bildirib. Onun sözlərinə görə keçən həftə dənizin dibində, laynerin qalıqları altında daha üç nəfərin cəsədi aşkarlanıb.


AirAsia şirkətinin başçısı isə öz növbəsində axtarışların dayandırılması barədə qərarın təyyarənin ekipaj üzvləri və sərnişinlərin qohumları ilə razılaşdırıldığını vurğulayıb.


Qeyd edək ki, 2014-cü il dekabrın 28-də AirAsia şirkətinə məxsus А320–200 Aerobusu İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən, havaya qalxdıqdan 40 dəqiqə sonra Borneonun hava məkanında olduğu zaman radarların ekranından itmişdi. Hadisə zamanı təyyarənin göyərtəsindəki 162 nəfərin hamısı həlak olub. İndiyə qədər axtarış əməliyyatlarının aparılmasına baxmayaraq, qəza qurbanlarının 56-nın cəsədi hələ də tapılmayıb.