İlham Əliyevlə Ərdoğanın maraqlı fotosu (VİDEO,FOTO)
Ötən gün Qarsda baş tutan Heydər Əliyev adına liseyin açılışı zamanı maraqlı görünütü ortaya çıxıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, TANAP-ın təməlatma mərasimindən öncə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri açılış mərasiminə qatılıblar.
Ərdoğan mərasimdə Türkiyənin İstiqlal marşından sonra Azərbaycanın himninin çalınmamasına əsəbləşib.
Himn çalınandan sonra ilk olaraq səhnəyə Türkiyənin təhsil naziri Nabi Avcı dəvət edilib. Bu zaman Ərdoğan protokol işçisi, müşavirini yanına çağıraraq yaranmış problemlə maraqlanıb və protokol xətasına görə əsəbləşib.
Nazir yerinə oturduqdan sonra "iPhone 6" smartfonu ilə Azərbaycanın dövlət başçına nə isə dinlədib. Ehtimala görə, bu himn olub. Nazir dövlət başçısına "Himn bu deyilmi?" deyə sual verib. İ.Əliyev başı ilə razılıq işarəsi verib.
Təsdiq cavabı alandan sonra çıxış üçün səhnəyə çıxan Türkiyə prezidenti Ərdoğan protokol xətasını düzəldib və çıxışından öncə Azərbaycanın dövlət himni dinlənilib.
Mənbə
ANS PRESS