Digər

İlham Əliyevdən təbrik məktubu

Metbuat.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri İslam Kərimova məktub göndərib.



ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, İlham Əliyev həmkarını yenidən president seçilməyi münasibətilə təbrik edib.



İlham Əliyev məktubunda bildirib ki, həmiş Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri var.



“Seçkilərdə qələbəniz uzun müddət ərzində Sizin həyata keçirdiyiniz dərindən düşünülmüş, ardıcıl siyasətin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsini inandırıcı şəkildə təsdiq edir. Bu gün Özbəkistan müstəqilliyin və demokratiyanın möhkəmləndirilməsi, dinamik sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Özbəkistan dünya birliyində layiqli yer tutur, beynəlxalq aləmdə onun nüfuzu artır.



Xalqlarımız arasında çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi Azərbaycanda yüksək qiymətləndirirlər. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq qardaş xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dönmədən inkişaf edəcək”, - deyə İlham Əliyev vurğulayıb.

Mənbə
ANS PRESS