İlham Əliyev bu şəxsləri təltif etdi
Prezident İlham Əliyev Firudin Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Hilal oğlu Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.
Prezident İlham Əliyev həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:
III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Musayev Pərviz Kərim oğlu
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Ələkbərov Fazil Nəriman oğlu
Ələkbərov İqbal Rafiq oğlu
Əliyeva Aysel Etibar qızı
Hüseynov Camil Xalid oğlu
Hüseynov Orxan Yaşar oğlu
İbrahimov Ramin Ənvər oğlu
İsmayılov Nadir Kamil oğlu
Məmmədov Kərim Əvəz oğlu
Məmmədov Qüdrət Niftulla oğlu
Rüstəmov Hidayət Vaqif oğlu
Süleymanzadə Lalə Rəfail qızı
MənbəANS PRESS