Digər
Milli.Az
İki uşaq anası intihar edib
Şəkidə iki uşaq anası intihar edib.
Şəki Şəhər Polis Şöbəsindən
APA-ya verilən xəbərə görə, hadisə rayonun Baş Layısqı kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü
Şəhanə Vəli qızı Salahovayaşadığı evin eyvanında özünü asaraq intihar edib. Mərhumun cənazəsi ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.
Şəki Şəhər Polis Şöbəsindən verilən məlumata görə, Şəhanə Salahova iki azyaşlı övlad anasıdır.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az