Digər

İki nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO

Metbuat.az

Dünən axşam saatlarında marşrut avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzanın detalları bəlli olub.



“Qafqazinfo”

nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.



Məlum olub ki, qəzaya düşən minik avtomobili qaçırılıbmış.



Belə ki, martın 28-də saat 14 radələrində Bakı sakini, 1962-ci il təvəllüdlü

Tofiq Gülməmmədov

özünə məxsus "Mercedes" markalı 90 LB 483 nömrəli avtomobili Nizami rayonu Babək prospekti 71-in qarşısında yerləşən avtoyuma məntəqəsində orada işləyən Cəlilabad sakini, 1993-cü il təvəllüdlü

Rüstəm Bədirov

a yumağa verib.



R.Bədirov avtomobili qaçıraraq saat 21 radələrində Babək prospektində Gürcüstan vətəndaşı, 1960-cı il təvəllüdlü

Mustafa Məmmədov

un idarə etdiyi "Daewoo" markalı 90 VS 438 nömrəli 49 saylı xətt avtobusu ilə toqquşub.



Nəticədə R.Bədirov xəstəxanaya aparılarkən yolda, sərnişini, Masallı sakini, 1993-cü il təvəllüdlü

Mübariz Abbasov

isə xəstəxanada ölüb.



Avtobus sərnişinlərindən 1939-cu il təvəllüdlü

Elnarə İsmayılova

, 1977-ci il təvəllüdlü

Tamara Abdullayeva

və 1993-cü il təvəllüdlü

Aysel Hüseynova

xəstəxanada yardım alıb evə buraxılıblar.



Milli.Az