Digər

İki mikroavtobus toqquşub, 8 nəfər yaralanıb

Metbuat.az
Lənkəranda iki mikroavtobus toqquşub.

APA

-nın məlumatına görə, hadisə martın 23-də saat 12.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Lənkəran şəhər sakini

Kazım Əzizov

un idarə etdiyi “Mercedes” markalı, 10 NC 952 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu hərəkətdə olarkən sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı, 10 NU 769 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu arxadan ona çırpılıb.


 


Güclü zərbədən öndəki mikroavtobus yoldan çıxaraq aşıb.


 


Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 8-i - 80 yaşlı

İsrafil Quluzadə

, 54 yaşlı

Məmləkət Rzazadə

, 42 yaşlı

Əlfəddin Məlikov

, 62 yaşlı

Asya Cahangirova

, 48 yaşlı

Elza Məhərrəmova

, 52 yaşlı

Həqiqət Əhədova

, 21 yaşlı

Ramin Quluzadə

və 50 yaşlı

Cəmalə Əzimova

müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


 


Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.



Qəzanın dəqiq başvermə səbəbləri keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.


 


Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.



Milli.Az