Digər

İki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Metbuat.az

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.



Milli.Az

APA

-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 17-ci km-də, magistralın Qusarçay kəndi ərazisində keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü

Mehdiyev Ceyhun Mehdi oğlu

nun idarə etdiyi 27 BK 580 dövlət nömrə nişanlı “Ford” markalı avtomaşınla Xaçmaz rayonu, Xəzərli kənd sakini 1967-ci il təvəllüdlü

Museyibov Rəşad Şahin oğlu

nun idarə etdiyi 27 BD 003 dövlət qeydiyyatlı “VAZ 2106” markalı avtomaşın toqquşub.



Qəza nəticəsində hər iki maşının sürücüsü və “Ford”da olan sərnişin, Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü

Qəribov Qərib Əmirşah oğlu

müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib. Q.Qəribov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. R.Museyibova baş-beynin silkələnməsi, sağ bud canaq oynağının çıxışı, C.Mehdiyevə isə sağ əlin və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Digər hər iki şəxsin müalicəsi Xaçmaz MRX-da davam etdirilir.



Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.



Milli.Az