Dünya
Mənbə
ANS PRESS
İhsanoğlu yenidən səhnədə
Ötən il Türkiyədə keçirilən prezident seçkisində müxalifətin vahid namizədi olan Ekmeleddin İhsanoğlu yenidən ölkə mediasının gündəminə gəlib.
ANS PRESS-in məlumatına görə, son seçkidə məğlubiyyətə düçar olan İhsanoğlu bu dəfə siyasi təklifləri qəbul etməyib.
Türkiyə mətbuatı bildirir ki, ölkənin əsas müxalifət qüvvələri hesab olunan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) İhsanoğluna 7 iyunda keçiriləcək parlament seçkisi üçün namizədlik təklif ediblər.
İslam Konfransı Təşkilatının (İKT) sabiq sədri professor Ekmeleddin İhsanoğlu siyasətlə məşğul olmayacağını deyərək təklifləri qəbul etməyib.
Mənbə
ANS PRESS