İdmançıdan namaza böyük hörmətsizlik (VİDEO)
Türkiyədə legioner həyatı yaşayan amerikalı basketbolçu Kelli Santosun namazı təqlid etməsi sosial şəbəkələrdə sərt təpki ilə üzləşib.
ANS PRESS-in məlumatına görə, "Osmaniye Gençlik" klubunun amerikalı legioneri özü bu görüntüləri sosial şəbəkəyə yerləşdirib.
Videoda Santos namaz qılan bir qadının hərəkətlərini təqlid edərək İslam dini və müsəlmanlığa lağ edir. Onun bu hərəkətləri yaxınlıqda olanların gülüşünə səbəb olur. Ancaq gülən qızların kim olduğu bilinmir.
Türkiyədə bu görüntülər böyük narazılıqla müşaiyət olunandan sonra amerikalı idmançı üzr istəyib.
Santos 3 dildə yazdığı şərhdə bunları bildirib: "Paylaşdığım görüntülərə görə, üzr diləmək istəyirəm. Bunu pis niyyətlə etməmişdim. Bütün müsəlman yoldaşlarıma hörmət edirəm və onları sevirəm".
ANS PRESS