Ölkə

İcra başçısı qiymət artımının qarşısını aldı (FOTO)

Metbuat.az

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədi ilə intensiv nəzarət tədbirləri davam etdirilir.



ANS PRESS xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qarşıdan gələn Novruz bayaramı ərəfəsində istehlak bazarındakı qiymətlərlə yerində tanış olmaq üçün martın 8-9-da məcburi köçkünlər üçün salınmış Qayıdış və Zobucuq qəsəbələrində, Alıxanlı və Əhmədbəyli kəndlərində olmuş, ərzaq məhsullarının qiyməti ilə maraqlanıb.



O, sözügedən qəsəbə və kəndlərdəki bazarlara, topdan və pərakəndə satış mağazalarına baş çəkərək alıcı və satıcılarla söhbət edib, süni qiymət artımının qarşısını almaq barədə ölkə başçısının tapşırıq və tövsiyyələrindən bəhs edib və deyib ki, bu gün əhalinin istehlak səbətinə daxil olan əsas məhsullar ölkədə istehsal olunur. Ona görə də bu sahədə hər hansı bir süni qiymət artımının olması yolverilməzdir.



Söhbət zamanı rayon sakinləri süni qiymət artımının qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlara və bu məsələyə həssas münasibət göstərdiyinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.



Ümumiyyətlə, süni qiymət artımına qarşı rayon İcra Hakimiyyətində yaradılmış komissiyanın üzvləri də mütəmadi olaraq ərazidəki bazarlarda, topdan və pərakəndə satış mazağalarında monitorinqlər keçirərək bu sahəyə gündəlik nəzarət edirlər.



Keçirilən monitorinqlərin və aparılan maarifləndirmə işlərinin nəticəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunda çörək və ərzaq səbətinə daxil olan məhsullarda qiymət artımına yol verilməyib.




















Mənbə
ANS PRESS